26 Avqust 2025 / 18:00

Jurnalist beynəlxalq axtarışa verildi

Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilə-bilə yalan məlumat yaydığına görə qiyabi həbs edilən “Dojd” jurnalisti (Rusiya Federasiyasında xarici agent və arzuolunmaz təşkilat kimi tanınan) Anna Monqayt (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) beynəlxalq axtarışa verilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Monqayt beynəlxalq axtarışa verilib”, – agentliyin mənbəsi bildirib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə (Rusiya Silahlı Qüvvələri haqqında siyasi nifrətlə əsaslandırılmış bilərəkdən yalan məlumatların yayılması) ittiham olunur.

Monqayt rusiyalı jurnalist və teleaparıcı, “Dojd” telekanalının yaradıcı prodüseridir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!