23 Sentyabr 2025 / 17:18

Jurnalist məhkəmədə kosmetoloq Gülsüm Əliyevaya qalib gəldi

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında  “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevaya məhkəmədə qalib gəlməsi xəbərini paylaşıb.

Tezadlar.az  xəbər verir ki, o həkimlərə, izləyicilərinə müraciət edib:

“Həkim geyimini qanunsuz olaraq istifadə edib, özünü həkim kimi göstərən, ictimaiyyəti aldadan Gülsüm Əliyevaya daha bir məhkəmə prosesində qalib gəlmişəm.

Saxta yollarla özünü həkim adlandıran Gülsüm Əliyeva məni məhkəməyə vermişdi ki, guya mən ona böhtan atmışam və o heç bir saxtakarlıq etməyib. Amma faktlar tamamilə əksini göstərir. Onun saxta şəkildə həkim adı ilə çıxış etməsi, gah kosmetoloq, gah da həkim adı ilə əhaliyə tibbi müdaxilələr etməsi sübuta yetirilib.

Gəncədəki lisenziyasız “VMR estetik” klinikasında əməliyyatlar aparmasına dair çoxsaylı dəlillər və insanların yazılı müraciətləri mövcuddur. Gülbəniz Bayramova məhz “VMR”də əməliyyat olunub sonra ölmüşdü. Eyni zamanda, Gülsüm Əliyevanın əsas dayağı olan Vüsal Həsənov da öz videolarında kitablarının Daxili İşlər Nazirliyinə təqdim olunduğunu iddia edirdi. Lakin rəsmi sənədlərlə sübut olunur ki, bu iddialar yalandır. Hətta onun məhkumluğu ilə bağlı da sənədlər mövcuddur və daxil olduğu polis məktəbindən xuliqanlıq etdiyinə görə qovulub. Digər sənədlər olduqca genişdir, onları da yaxın günlərdə sizinlə paylaşacağam. Aministiya qərarı ilə azadlığa çıxması isə sənəddə əks olunub. Hələlik bu sənədlərə baxın”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!