Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir müddət əvvəl “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyeva ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı məhkəməyə vermişdi. Gülsüm Əliyeva Q.Ataşovanın onu şantaj edərək 50 min istədiyini iddia edirdi.

“Əziz izləyicilərim, tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən (Respublilika xəstəxanasında baş həkimin katibəsi olub) Gülsüm Əliyevanın barəmdə “Xüsusi ittiham qaydası” ilə qaldırdığı məhkəmə işi Səbail Rayon Məhkəməsində rədd edildi.
Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız “VMR klinikası”nı araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: “Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara nədən Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?. Suala isə cavab verə bilməyib tibbi diplomsuz Gülsüm. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib. Bu, bir qələbədir. Bu çətin yolda mən olmadığım məkanlarda belə, hüquqlarımı müdafiə edən vəkilim Zibeydə xanıma təşəkkür edirəm”, – deyə Qənirə Ataşova vurğulayıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən “VMR Estetik Klinikası”nda piylərin çıxarılması (liposaksiya-red) əməliyyatı aparıb və iddiaya görə, bu əməliyyat zamanı xəstə Gülbəniz Bayramova dünyasını dəyişib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) “unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur:
“AEM əməkdaşları ötən il həmin estetik mərkəzdə plandankənar yoxlama keçiriblər, nəticədə “VMR Estetik Klinikası” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) maddəsi ilə protokol tərtib edilib və aidiyyəti üzrə icraata göndərilib.
Bundan əlavə, “VMR Estetik Klinikası”nın Bakıdakı filialında da başqa bir vətəndaşın şikayəti əsasında yoxlama keçirilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilərək, növbəti icraata göndərilib.
Ölüm faktına gəldikdə bununla bağlı araşdırmalar istintaq orqanları tərəfindən aparılır”, – deyə məlumatda qeyd olunub.
JASMİN