22 Sentyabr 2025 / 20:45

Kamçatkada güclü zəlzələ baş verib

Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 205 km cənub-şərqdə baş verib. Zəlzələnin episentri 25,9 km dərinlikdə yerləşib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!