Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 10:30

Kamran Əsədovdan DİM-ə ismarıc: “Bu qədər məsuliyyətsizliklə siz heç kimin gələcəyinə toxunmağa layiq deyilsiniz”

“16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır”.

***

DİM deyir: “8 min ekspertimiz var.” Bəli, biz də gördük o “ekspertlərinizi”


5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”!
TEZADLAR.AZ  xəbər verir ki, bu sözləri tanınmış təhsil mütəxəssisi Kamran Əsədov deyib.

O ötən gün  I ixtisas qrupu üzrə riyaziyyatda texniki səhv buraxıldığına diqqət çəkib:
“Uşaq o sualda 5-10 dəqiqə itirib, panikaya düşüb, zamanını planlaya bilməyib. Sizsə deyirsiniz: “Sual düzgün cavablandırılmış sayılacaq.”
Siz məsələni balla ölçürsünüz, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət?
16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır.
Bu artıq təkcə savadsızlıq deyil – bu təhsil cinayətidir! Cavabdeh kimdir?! Cəzalanan varmı?! Yoxsa hər dəfə bir “bağışlayın”la məsələ bağlanacaq?! Bu qədər məsuliyyətsizliklə siz heç kimin gələcəyinə toxunmağa layiq deyilsiniz”, – deyə Kamran Əsədov vurğulayıb.

Kamran Əsədov həmin test tapşırığının da fotosurətini paylaşıb:

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!