22 Oktyabr 2025 / 09:30

Kanada və Böyük Britaniya Rusiya aktivlərinin ekspropriasiyasını dəstəkləyib

Kanada və Böyük Britaniya Avropa Komissiyasına (AK) Rusiyanın aktivlərini qondarma “təzminat krediti” sxemi çərçivəsində müsadirə etməyə hazır olduqlarını “siqnal etdi”.

Tezadlar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında İqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis deyib.

“Avropa Komissiyası G7 tərəfdaşlarımızla işləməyə davam edir. Bizim təklifimiz genişləndirilə bilər, yəni Rusiyanın aktivlərinin dondurulduğu digər ölkələr də analoji yanaşmadan istifadə edə bilər. Böyük Britaniya və Kanada artıq buna hazır olduqlarını bildiriblər”, – o deyib.

Dombrovskis AK-nin sxeminin beynəlxalq normaları pozmadığını iddia etməyə çalışdı və bildirdi ki, Avropa Komissiyasının fikrincə, o, “müsadirədən bir qədər az qalır”.

Bundan əvvəl Rusiyanın Belçikadakı səfiri Denis Qonçar xəbərdarlıq etmişdi ki, Brüssel Belçikada bloklanan Rusiyanın suveren aktivlərini müsadirə etmək üçün hansı sxemdən istifadə etməsindən asılı olmayaraq, bu, oğurluq olacaq. “Rusiyanın cavab tədbirləri dərhal izlənəcək” və Aİ-ni “itkilərini hesablamağa” məcbur edəcək”, – səfir xəbərdarlıq edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!