16 İyul 2025 / 09:44

Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur

Erməni müstəntiqləri həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana qarşı ittihamları əlavə edib. O, konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, çirkli pulların yuyulmasında da ittiham olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda Samvel Karapetyana heç bir əsas olmadan bir neçə şirkətin fəaliyyəti nəticəsində çirkli pulların yuyulması ittihamı irəli sürülüb”, – deyə Karapetyanın komandası bəyanatında qeyd edib və ittihamı siyasi təqib adlandırıb və bu, artıq hazırkı hakimiyyətin siyasi rəqiblərinə qarşı praktikaya çevrilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!