Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kardinal Kevin Farrell Papa Fransiskin ölümünü rəsmən təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, müvafiq müraciəti Sky News telekanalı yayıb.
“Əziz qardaş və bacılar, dərin kədər hissi ilə müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm: “Bu gün səhər saat 07:35-də Roma yepiskopu Fransisk Atasının evinə qayıtdı”, – o deyib.
Kardinalın sözlərinə görə, Papanın bütün həyatı Tanrıya və Kilsəyə xidmətə həsr olunub. O qeyd edib ki, pontifik insanlara İncilin dəyərlərini sədaqət, cəsarət və məhəbbətlə yaşatmağı öyrədir.
Farrel vurğulayıb ki, konklav (yeni Papanın seçilməsi prosesi – RED.) pontifik vəfat etdiyi tarixdən sonra – 15-20 gün ərzində baş tutacaq.
E.ŞİRİNOV