10 Fevral 2026 / 11:02

Kardiologiya Elmi Tədqiqat İnstitunun həyəti niyə zibil poliqonunu xatırladır?

Bakının Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnstitutunun həyəti zibil poliqonunu xatırladır. İnstitutdan “Təzadlar”a göndərilən məlumatdan bəlli olur ki, institun personalı bu zibillikdən ciddi narahatdır. Sitat: “…Siz yəqinki bu foto və videolarda təmir işləri aparıldığı deyilən institut həyətində avadanlıq və digər əşyaların bu yağmurlu şəraitdə açıq havaya atıldığını görürsünüz. Hazırda həmin əşyalar yağış və qar altında, heç bir mühafizə olunmadan qalır. Söhbət dövlətə məxsus tibb müəssisəsindən gedirsə, bu cür yanaşma dövlət əmlakına münasibətdə məsuliyyətsizlik təsiri bağışlayır. Təmir aparılması normaldır, lakin bu proses zamanı avadanlığın və əmlakın qorunmaması onların sıradan çıxmasına, nəticədə isə dövlət vəsaitinin ziyan görməsinə səbəb ola bilər. Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və nəzarət orqanlarının vəziyyəti araşdırması və ictimaiyyətə aydınlıq gətirməsi vacibdir. Dövlət əmlakı sahibsiz deyil və onun taleyi cəmiyyət üçün önəmlidir”.
Təəssüf ki, institut rəhbərliyindən bu narahatlığa aydınlıq gətirərərk təmirin nə vaxt başa çatacağını öyrənə bilmədik.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!