Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Tezadlar.az xəbər verir ki, həbs olunmuş Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olur.