24 İyul 2025 / 17:49

Keçmiş başçıların, nazir və generalların saxlanıldığı “türmə”yə yeni rəis təyin olundu

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub. Sosial mediada yayılan məlumatlardan bəlli olur ki, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.
Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılırlar. Onların arasında generallar – Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə “general-mayor” rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var…
Elçin
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!