2 Avqust 2025 / 20:17

Keçmiş konqresmen: ABŞ Rusiya ilə müharibə axtarmır

ABŞ-ın keçmiş konqresmeni Mett Getz X sosial şəbəkəsindəki səhifəsində Vaşinqtonun Moskva ilə müharibə axtarmadığını bildirib.

“Rusiya, biz sizinlə müharibə axtarmırıq. Amma bu lənətə gəlmiş nüvə söhbətini dayandırın”, – Tezadlar.az xəbər verir ki, Getz yazıb.

İyulun 31-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Trampın Rusiyanın eks-prezidentinin “təhlükəli əraziyə” girməsi ilə bağlı açıqlamalarını şərh edərək, Amerika liderinə Moskvanın Perimetr sisteminə malik olduğuna işarə edib. Soyuq müharibənin qızğın vaxtında SSRİ-də yaradılan və Rusiyanın istifadə etdiyi bu avtomatlaşdırılmış kompleks kommunikasiya xətlərinin zədələnə biləcəyi fövqəladə vəziyyət zamanı kütləvi nüvə zərbəsinə zəmanət vermək üçün nəzərdə tutulub.

Ertəsi gün Tramp bildirib ki, Medvedevin sözlərinə cavab olaraq, “ehtiyat tədbiri” olaraq iki nüvə sualtı qayığının “müvafiq ərazilərdə” yerləşdirilməsinə göstəriş verib. Onun sözlərinə görə, bu sualtı qayıqlar indi “Rusiyaya daha yaxındır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!