Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bu gün Tbilisi Şəhər Məhkəməsi Buta Robakidzenin qətlinə görə sabiq müdafiə naziri İrakli Okruaşvilini 7 il azadlıqdan məhrum edib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Okruaşvilinin vəkili Mamuka Çabaşvili verib. O bildirib ki, eyni iş üzrə ittiham olunan sabiq baş prokuror Zurab Adeişvili bəraət alıb. Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarını apellyasiya məhkəməsində şikayət edəcək. Məlumat üçün bildirək ki, istintaq onlara səlahiyyətlərindən sui-istifadə etməyi ittiham edirdi.
Xatırlatma: İ.Okruaşvili 2004-cü ildə Gürcüstanın Daxili işlər naziri, 2004-2006-cı illərdə isə müdafiə naziri vəzifələrini tutub.