13 Aprel 2026 / 20:04

Keçmiş prezident təqaüdündən şikayətləndi

Polşanın keçmiş prezidenti Lex Valensa O2-yə verdiyi müsahibədə təqaüdünün kifayət etməməsindən şikayətlənib.

Tezadlar.az xəbər verir ki, 1990-cı ildən 1995-ci ilə qədər prezident vəzifəsində çalışan Valensa prezident təqaüdü alır ki, bu da hazırkı dövlət başçısının maaşının 75%-ni və ya hazırkı məzənnə ilə ayda təxminən 3770 dollar təşkil edir.

“Təqaüdümdən razıyammı? Əgər razı olsaydım, göbələk yığardım və ya balıq tutardım, amma yenə də işləyirəm”, – deyə o bildirib.

Keçmiş prezident qeyd edib ki, təqaüdünün böyük hissəsini “yaşayış xərclərinə, səhiyyə xidmətinə və peşəkar fəaliyyətimin davam etdirilməsinə” xərcləyir.

Valensa həmçinin Sosial Təminat İdarəsindən başqa bir təqaüd almaq hüququna malikdir, lakin prinsip etibarilə onu almayıb.

“Mən bu təqaüdü 20 ildir ki, almıram. Çünki Polşa kasıbdır”, – deyə keçmiş prezident bildirib. Bundan əvvəl, Polşanın digər keçmiş prezidenti (1995-2005) Aleksandr Kvasnievski prezidentlik təqaüdünün dolanışıq üçün kifayət etmədiyini bildirmişdi.

Daha əvvəl Duda səlahiyyət müddəti bitdikdən sonra alacağı təqaüdü aşağı adlandırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!