Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün “Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb. O, Gəncədə hücuma məruz qalıb. Klub rəsmilərinin yaydığı məlumata görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, bu gün səhər saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, hadisə şəxsi zəmində baş verib və tanıdığı şəxslərdən biri qəflətən ona bıçaqla hücum edib.