Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün – dekabrın 20-də səhər saatlarında Kiyevdə üç silsilə partlayış baş verib və yanğın başlayıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS hadisə şahidlərinə istinadən xəbər verir.
Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, əvvəlcə bir güclü partlayış, ardınca daha üç partlayış baş verib – dəmiryol vağzalı yaxınlığında səmada parlaq parıltı olub. Mənbə qeyd edib ki, Kiyevin şimal-şərq hissəsində hava hücumundan müdafiə əməliyyatları eşidilir.
Kiyevdəki partlayışlardan əvvəl Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna hakimiyyəti Kiyev istiqamətində “yüksək sürətli hədəfin hərəkəti” barədə bir neçə dəfə məlumat verib.
E.ŞİRİNOV