13 Avqust 2025 / 06:44

Kim Çen In Putini Rusiyaya dəstəyinə əmin edib

KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In telefon danışığında Rusiya prezidenti Vladimir Putini xüsusi hərbi əməliyyat kontekstində Rusiya hakimiyyətinin tədbirlərini dəstəkləyəcəyinə əmin edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, Putin KXDR-in yardımını və Kursk vilayətinin ərazisinin azad edilməsində Koreya Xalq Ordusu əsgərlərinin göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirib.

“Yoldaş Kim Çen In Putinin koreyalı əsgərlərə verdiyi yüksək qiymətə görə səmimi minnətdarlığını bildirib, bir daha əmin edib ki, KXDR KXDR ilə Rusiya Federasiyası arasında bağlanmış müqavilənin ruhuna həmişə sadiq qalacaq və bundan sonra da Rusiya rəhbərliyinin bütün tədbirlərini tam dəstəkləyəcək”, – deyə agentlik məlumat yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyi qeyd edir ki, söhbət dostluq şəraitində keçib. Vladimir Putin həmkarını Koreya yarımadasının Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin qarşıdan gələn ildönümü münasibətilə təbrik edib. “Yoldaş Kim Çen In bütün Koreya xalqına səmimi təbriklərinə görə ən hörmətli yoldaş Vladimir Putinə ürəkdən minnətdarlığını bildirdi”, – agentlik qeyd edir. Kim Çen In vurğulayıb ki, avqustun 15-də KXDR “Qırmızı Ordunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqları beynəlmiləlçiliyin əsl nümunəsi kimi xatırlayır”.

Putin və Kim Çen In “Hərtərəfli Strateji Əməkdaşlıq Müqaviləsinə uyğun olaraq bütün sahələrdə əməkdaşlığın dərinləşməsini və inkişafını yüksək qiymətləndiriblər”. “İki dövlətin liderləri əməkdaşlığı daha da gücləndirmək iradələrini təsdiqləyiblər”, – bəyanatda deyilir. Dövlət başçıları həmçinin “qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar” və “daha da sıx əlaqələri davam etdirmək barədə razılığa gəliblər”.

Kremlin mətbuat xidməti avqustun 12-də bildirib ki, Putin və Kim Çen In telefon danışığında Rusiya ilə KXDR arasında 2024-cü il iyunun 19-da bağlanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə uyğun olaraq bütün sahələrdə dostluq, mehriban qonşuluq və əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq olduqlarını bildiriblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!