Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyev sakinləri elektrik kəsintiləri və istilik itkisi səbəbindən Uinston Çörçill küçəsində və Verxovna Rada bulvarında yolları bağlayıblar.
Tezadlar.az bildirir ki, bu barədə vəkil Rostislav Kravets Facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Kiyev sakinlərinin evləri bir həftədir ki, istiliksizdir və son iki gündür ki, tamamilə elektrik kəsintiləri baş verib. Buna görə də mənzillərin temperaturu 6-8 dərəcə Selsiyə düşüb.
“İndi DTEK qrupu oyun oynamaq qərarına gəlib və guya elektrik olduğu iki saat ərzində onlar sadəcə gərginlik vermir və ya yalnız bir fazalı enerji verirlər və cihazların heç biri işləmir”, – Kravets yazıb.
Ukrayna lideri Vladimir Zelenski daha əvvəl Kiyevin enerji vəziyyətinin ölkədə ən kritik olaraq qaldığını bildirmişdi.
E.ŞİRİNOV