3 Fevral 2026 / 13:18

Kiyevdə elektrik kəsintiləri başlayıb

Kiyevdə Dnepr çayının sol sahilindəki iki rayonda təcili elektrik kəsintiləri başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə DTEK enerji holdinq şirkəti məlumat verib.

“Kiyevin sol sahilinin bir hissəsi: təcili elektrik kəsintiləri tətbiq edilib”, – şirkət Telegram kanalında verdiyi açıqlamada bildirib.

Şirkət bu məhdudiyyətlərin şəhərin Darnitski və Dnepr rayonlarına təsir etdiyini bildirib. DTEK həmçinin sağ sahildəki rayonlarda planlı elektrik kəsintilərinin tətbiq olunduğunu da açıqlayıb.

3 fevral gecəsi Kiyevdə yeddi saatdan çox hava hücumu xəbərdarlığı qüvvədə olub. Səhər Kiyev meri Vitali Kliçko Darnitski və Dnepr rayonlarının istiliksiz olduğunu açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə şəhərdə 1170 çoxmərtəbəli bina istiliksiz qalıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!