Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Adının açıqlanmasını istəməyən Ukrayna rəsmisi Rusiya ilə Ukrayna arasında ərazilərin mübadiləsini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzetindəki məqalədə deyilir.
“Moskva Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsini nəzərdə tutan sazişə əsasən hərbi əməliyyatları dayandırmağa hazırdır. Bu barədə qəzetə Kiyevdə yerləşən avropalı diplomat və telefon danışığından xəbərdar olan Ukraynanın yüksək rütbəli rəsmisi məlumat verib”, – qəzet yazır.
“NYT”-nin məlumatına görə, vasitəçilik fürsəti görən Tramp həmsöhbətlərinə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşərək razılaşma əldə edəcəyini bildirib.
Daha əvvəl Ukraynanın digər yüksək rütbəli məmuru bildirib ki, Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın ərazilərin mübadiləsi ilə bağlı sözlərini başa düşmür.
E.ŞİRİNOV