25 Oktyabr 2025 / 09:55

Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edilib

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib. Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib. Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb. Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

Ukrayna ordusu isə Rusiyanın hərbi obyektlərini hədəfə alan dronlarla hücum edib…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!