Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məsələyə ekspertlər münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində ev tikilən kollektorun partlaması, sonda həmin evin sökülməsi, paytaxtın digər ərazilərində də mövcud olan bu problemi yenidən gündəmə gətirib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikilinin mövcud olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır. Ekspertlərin fikrincə, qanunla bu kimi tikililərin ərsəyə gəlməsi qadağandır. Lakin, vətəndaşların da əmlak hüquqları söküntü zamanı nəzərə alınmalıdır.
Kompensasiyanın verilməsi və hesablanmasında isə 3-cü tərəfin iştirak etməsi vacibdir. Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kollektorların üzərində inşa edilən evlər sökülərsə, vətəndaşlara kompensasiya veriləcək. Proses isə belə baş tuta bilər.