Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2024 / 10:06

KÖNÜLLÜLƏRƏ “LABORATORİYA ŞƏRAİTİNDƏ ANALİZLƏRİN APARILMASI ÜSULLARI” MÖVZUSUNDA NÖVBƏTİ TƏLİM KEÇİRİLİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti praktiki təlim keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, təlim zamanı “Azelab” MMC-nin mütəxəssisləri tərəfindən gənclərə laboratoriya şəraitində su və torpaq nümunələrinin tərkibinin təyin olunması, spektrometrik və titrimetrik analiz metodları göstərilib, onlar sadə ilkin analizlərin aparılmasında iştirak ediblər.

Laboratoriya şəraiti tələbələr tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!