29 Avqust 2025 / 16:46

Kreditləşmənin ən yüksək artım tempi baş verən regionlarımız

2025-ci ilin avqustun 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6 milyard 755 milyon 296 min manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 15,98 faiz çoxdur.

Tezadlar.az    Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25,75 faiz) və Şəki-Zaqatala (+17,70 faiz) iqtisadi rayonlarında qeydə alınıb.

Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:

Naxçıvan – 467,443 milyon manat (+ 13,69 faiz)
Abşeron-Xızı – 1,15 milyard manat (+ 25,75 faiz)
Dağlıq Şirvan –197,759 milyon manat (+14,47 faiz)
Gəncə-Daşkəsən – 849,575 milyon manat (+13,61 faiz)
Qarabağ – 509,531 milyon manat (+ 11.64 faiz)
Qazax-Tovuz – 539,060 milyon manat (+ 12.49 faiz)
Quba-Xaçmaz – 487,658 milyon manat (+ 15,39 faiz)
Lənkəran-Astara – 671,652 milyon manat (+15,49 faiz)
Mərkəzi Aran – 580,224 milyon manat (+ 11,36 faiz)
Mil-Muğan – 312,547 milyon manat (+13,73 faiz)
Şəki-Zaqatala – 521,022 milyon manat (+17,70 faiz)
Şirvan-Salyan – 453,858 milyon manat (+ 13,97 faiz)
Şərqi Zəngəzur – 12,933 milyon manat (2024-cü ildə kredit verilməyib)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!