22 İyul 2025 / 14:14

Kreml Kiyevin Putinlə danışıqlara qoyduğu qadağanı saxlamasına diqqət çəkib

Kreml hesab edir ki, Kiyev Rusiya prezidenti Vladimir Putinlə danışıqlara qoyulan qadağanı hələ də aradan qaldırmayıb.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ədalətli olmaq üçün qeyd etmək lazımdır ki, bu qadağa hələ də qüvvədədir. Bu, aşkar faktdır”, – Kreml sözçüsü bildirib.

O, Rusiya prezidenti ilə Vladimir Zelenski arasında görüş hazırlanma ehtimalını belə şərh edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!