10 Sentyabr 2025 / 15:18

Kreml Qərb qoşunlarının Ukraynaya göndərilməsinin ağır nəticələri barədə xəbərdarlıq edib

Hər hansı xarici qoşunun Ukraynaya göndərilməsi ağır nəticələrlə doludur, lakin bütün Qərb ölkələri bunu başa düşmür.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həmişə olduğu kimi, bu cür ehtiyatsız hərəkətlərin dəhşətli nəticələrini ya başa düşməyən, ya da anlamaq istəməyən quduz mövqe tutan ölkələr var. Elə ölkələr var ki, reallığı daha yaxşı başa düşürlər”, – Kreml sözçüsü “istəklilər koalisiyasının” Ukraynaya hərbi kontingent yerləşdirmək planlarını şərh edərkən deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!