Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya “taxıl sazişi”ni yenidən bərpa edə bilər, amma irəli sürdüyü şərtlərlə.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın “taxıl sövdələşməsinə” qayıdacağı şərtləri açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya irəli sürdüyü şərtlərə əməl olunarsa, “taxıl müqaviləsi”ndə yenidən iştirak edəcək.
Onun sözlərinə görə, Rusiyanın geri qayıtması üçün bəzi məsələlər öz həllini tapmalıdır. Buna isə aşağıda qeyd edilənlər daxildir:
Və ən önəmlilərdən biri, dördüncüsü – rus şirkətlərinin xarici aktivlərinə çıxışının bərpası şərtidir.
O qeyd edib ki, Rusiya bu vəzifələr yerinə yetirildikdən sonra sövdələşməyə qayıtmaq imkanlarını nəzərdən keçirə biləcək.
Xatırladaq ki, “Taxıl Sazişi” Türkiyənini səyləri nəticəsində 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya taxıl və gübrəsinin ixracı ilə bağlı idi.
Rusiya Prezidenti Vladimir Putin iyun ayındakı çıxışı zamanı isə Afrika ölkələrinin Ukrayna taxılını praktiki olaraq ala bilmədiyini, taxılın böyük hissəsinin razılaşmalara zidd olaraq Avropa İttifaqının firavan həyat sürən ölkələrinə getdiyini bildirmişdi və buna görə sazişdən geri çəkiləcəklərini vurğulamışdı…
Y.MƏMMƏDLİ