3 Oktyabr 2025 / 10:15

Krım və Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinin hücumu dəf edilib

Oktyabrın 2-də axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə qüvvələri Krım və Qara dəniz üzərində üç Ukrayna pilotsuz təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik dəqiqləşdirib ki, Moskva vaxtı ilə saat 21:30-dan 23:00-dək düşmənin pilotsuz təyyarələri zərərsizləşdirilib.

“Növbəti hava hücumundan müdafiə vasitələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 PUA-nı məhv edib”, – məlumatda deyilir.

Nazirlik əlavə edib ki, iki saat ərzində Qara dəniz üzərində 11 Ukrayna pilotsuz uçan aparatı zərərsizləşdirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!