Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın 2014- cü ildə işğal etdiyi Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb…
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu görüntülər Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında da yayımlanıb. Məlumatda qeyd edilir ki, Ukrayna bayrağı Naximov meydanındakı tikililərin birində asılıb.
Rusiyanın hərbi komandanlığı hələki bu görüntülərə münasibət bildirməyib. Lakin bəzi rus blogerlər xəbər yayıblar ki, guya bu görüntülər 2014-cü ildən əvvələ aiddir.
A.Məmmədli