Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Krasnoyarsk diyarının Novoselovo kənd sakini sosial şəbəkələrdə hərbi komissarlıqları dağıtmağa çağırdığına və “Krokus Siti Holl”da terrorçuların əməllərinə haqq qazandırdığına görə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Krasnoyarsk diyarının prokurorluğu məlumat yayıb.
“2022-ci ilin oktyabrında 58 yaşlı Novoselovo sakini messencerlərdən birində terrorizmə, yəni hərbi komissarlıqların dağıdılmasına çağırışlardan ibarət bir şərh yazıb. 2024-cü ilin martında “VKontakte” sosial şəbəkəsində “Crocus City Hall”-da baş vermiş faciə ilə bağlı paylaşımın altında o, terroristlərin başqa bir hərəkəti ilə bağlı növbəti mesaj yerləşdirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayıblar”, – məlumatda deyilir.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə terror fəaliyyətinə çağırışlar və terrorizmin təbliği ilə bağlı cinayət işi açılıb.
E.ŞİRİNOV