14 Noyabr 2025 / 21:26

Kupman və Qriqoryan regional açılış və Aİ-Ermənistan əməkdaşlığını müzakirə etdi

Avropa Komissiyasının (AK) Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan telefon danışığı zamanı regional kommunikasiyaların açılması məsələsini müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat marşrutlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, Kupman və Qriqoryan Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!