23 Mart 2024 / 08:02

KURSK VİLAYƏTİNDƏ POPOVO-LEJAÇI KƏNDİNİN ATƏŞƏ TUTULMASI ZAMANI BİR MÜLKİ ŞƏXS YARALANIB

Ukrayna Silahlı Qüvvələri (USQ) Qluşkovski rayonunun Popovo-Lejaçi kəndini 5 dəfə atəşə tutub, 1 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Telegram kanalında yazıb.

“Bu gün Qluşkovski rayonunun Popovo-Lejaçi kəndi Ukrayna tərəfdən atəşə tutulub. Yerli sakin yaralanıb. Hazırda ona ilkin tibbi yardım göstərilir “, – o yazıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!