Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Deputat həmkarı Fəzail Ağamalı ilə Milli Məclisdəki söyüşlü davasından sonra mandatından, sonra isə azadlığından məhrum edilən Hüseyn Abdullayevin vəziyyəti hazırda kritik həddədir. Sosial mediada yazılan və təqdim edilənlərdən belə anlaşılır ki, onun səhhətində ciddi problemlər var və onun, hətta ölüm ayağında olduğu bildirilir. H.Abdullayevin ailə üzvlərindən Günay Abdullayevə sonuncu dəfə onunla görüşüb. Sosial şəbəkələrdəki foto və videogörüntülər də təsdiqləyir ki, onun 10 saylı həbsxanadakı fiziki durumu ciddi narahatlıq doğurur.
Xatırladırıq ki, Hüseyn Abdullayevin ailə üzvləri də dəfələrlə ölkə rəhbərliyinə müraciətində onun azadlığını xahiş ediblər.
İndi sabiq deputat müğənni Röyanın daim sevə- sevə oxuduğu mahnılarının sözlərində xatırlanır… Onun sözlərinə yazılmış çoxsaylı mahnılar var.
Səbuhi

