5 Aprel 2026 / 09:47

Küveytin neft emalı zavodu dron hücumuna məruz qalıb

Küveytdəki neft emalı zavodunda bir neçə döyüş dron hücumundan sonra yanğın baş verib.

Tezadlar.az-ın xəbərinə görə, hadisə barədə “Kuwait Petroleum Corporation” məlumat verib.

Məlumata görə, yanğın Əş-Şuveyxdəki neft emalı zavodunda qeydə alınıb”. Şirkət bildirib ki, dron hücumu nəticəsində itki barədə məlumat yoxdur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!