Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2024 / 10:48

ƏLƏ KEÇMƏMƏK ÜÇÜN METAMFETAMİNİ MAYE HALINDA GƏTİRİBLƏR, AMMA…

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.

DİN mətbuat xidmətinin Tezadlar.az-a verdiyi məlumata görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb.

S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.

Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!