Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2024 / 06:36

LƏNKƏRANDA MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏNİN ÜZVÜ YAXALANIB

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü – əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.

K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıqla ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!