12 Avqust 2025 / 20:23

Laçında qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi

Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.

“Tezadlar.az” xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!