1 May 2023 / 04:50

LAÇINDA SƏRHƏD- BURAXILIŞ MƏNTƏQƏSİ QARABAĞDA TƏHLÜKƏSİZLİYİN QARANTI KİMİ

Laçın-Xankəndi yolundan, daha dəqiq desək, vaxtilə “Laçın dəhlizi” kimi tanınan keçiddən Qarabağa daşınan silah-sursat Ermənistanın Azərbaycanın bu bölgəsinin işğalında əsas köməyi oynamışdır…

Ona görə də indi bu yolda Azərbaycanın sərhəd- keçid məntəqəsi yaratması Ermənistanın işğalçılıq niyyətini dəfn etmiş oldu… “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasında məqsəd nəzarətin təmin edilməsidir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında ermənilərin hay- küyünün mahiyyətini açıqlamışdır. “…Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Bunda məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir…”.

Bəli, Ermənistanın hərbi-siyasi rəhbərliyini də narahat edən budur ki, bir daha Qarabağa silah-sursat və muzdlu terrorçuları göndərə bilməyəcəklər. Bu isə Ermənistanın Azərbaycanla mehriban dildə danışmasının açarı deməkdir. Açar isə Azərbaycanın əlindədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!