Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa Rusiyaya hücum edərsə, Moskva bunu xüsusi hərbi əməliyyat kimi deyil, tammiqyaslı hərbi cavab kimi qiymətləndirəcək. Tezadlar.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Rusiya hazırda Ukraynada “xüsusi hərbi əməliyyat” aparır və Avropaya hücum etmək niyyətində deyil. O vurğulayıb ki, Rusiyanın Avropaya qarşı hərbi planları yoxdur və buna ehtiyac görmür. Nazir qeyd edib ki, Avropa gözlənilmədən Rusiyaya qarşı müharibəyə hazırlıq addımları atar və Rusiya Federasiyasına hücuma başlayarsa, Moskvanın cavabı doktrinal sənədlərə uyğun şəkildə bütün mövcud vasitələrdən istifadə olunmaqla veriləcək.
Lavrov əlavə edib ki, belə bir ssenari xüsusi hərbi əməliyyat çərçivəsində deyil, tammiqyaslı hərbi cavab formatında həyata keçiriləcək.