23 Sentyabr 2023 / 18:16

LAVROV: BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA ZELENSKİNİN ƏHVALI YAXŞI DEYİLDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Zelenskinin BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında “yaxşı əhval-ruhiyyədə olmadığını” deyib.

“Onun əhval-ruhiyyəsi yaxşı deyildi, bir qədər tutqun idi. Daha sonra televizorda baxdım. Mənim öz işlərim var. Onun nə deyəcəyini hamımız bilirik, niyə vaxt itirmək lazımdır?”, – XİN rəhbəri BMT Baş Assambleyasının 78-ci sessiyasında keçirdiyi mətbuat konfransında qeyd edib.

Bundan əvvəl Lavrov Zelenskinin “sülh düsturu”nu tamamilə həyata keçirilməz adlandırmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!