Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 14:24

Lavrov iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib

Moskva və Ankaranın nüvə enerjisi sahəsində yeni layihələrin həyata keçirilməsi üçün yaxşı ilkin şərtləri var.

Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Nüvə energetikası sahəsində yeni təşəbbüslər üçün ciddi ehtiyat var. Energetikadan danışarkən biz “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin istismarı və təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunduq. Bu, enerji xətlərinin normal fəaliyyətini pozmağa çalışan Kiyev rejiminin davamlı təxribatları kontekstində zəruridir”, – deyə nazir Ankarada türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra mətbuat konfransında çıxış edib.

Bir müddət əvvəl “Vətən” partiyasına rəhbərlik edən türkiyəli siyasətçi Özgür Bursalı “X” sosial şəbəkəsində Rusiyanın NATO və ABŞ üzərində getdikcə daha çox qələbə qazandığını, Vaşinqtonun Kiyev rejiminə başçılıq edən komediya aktyoru Vladimir Zelenski ilə “yoldaşlığının” sona çatdığını bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!