Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov zarafatla birtərəfli qanunsuz sanksiyalar tətbiq edənlər üçün tribunal yaratmağı təklif edib.
O, bu barədə Hindistanda keçirilən G20 sammitinin yekununda mətbuat konfransı zamanı bildirib.
“Mən hesab edirəm ki, tribunal yaratmaq lazımdır”, – Rusiya XİN rəhbəri qeyd edib.
Eyni zamanda o, sammitin yekun bəyannaməsində bu cür hərəkətlərə görə məsuliyyətlə bağlı bəndin olmasına diqqət çəkib. Lavrov deyib: “Bu, diplomatik sənəd olduğuna və bir çox cəhətdən hələ də kompromis xarakteri daşıdığına görə, o qədər də sərt ifadələr yoxdur”.
Onun sözlərinə görə, Qərbin hərəkətləri nəticəsində qlobal iqtisadiyyatda problemlər yaranıb, onun iqlim gündəmini təbliğ etmək xətti iflasa uğrayıb və inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar ayırmaq vədinə heç vaxt əməl etməyib. Bu isə sənəddə öz əksini tapıb.
“Belə olan halda, Qərbin inkişaf etməkdə olan ölkələr üçün əvvəlki illərə nisbətən daha faydalı olan şərtlərdə güzəştə getməsi çox vacibdir”, – deyə nazir qeyd edib və əlavə edib ki, Qərb əldə olunmuş razılaşmaları həyata keçirməli olacaq.
E.ŞİRİNOV