1 Sentyabr 2025 / 22:25

Lavrov Tiencin görüşünü qiymətləndirdi: “Milli maraqlar ön plandadır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tiencində keçirilən ŞƏT və ŞƏT+ sammitlərinin əsas nəticəsini görüş iştirakçılarının öz milli maraqlarını müdafiə etməyə hazır olması kimi qiymətləndirib.

“Tezadlar” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri VQTRK-nın jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

“Bu, təxribatlara boyun əymədən, hüquqlarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və vaxtilə Qərbin özünün təbliğ etdiyi beynəlxalq valyuta-maliyyə ticarəti sisteminin prinsiplərinə tam uyğun olaraq müdafiə edərək göstərilən qətiyyətdir, İştirakçıların qanuni maraqlarının müdafiəsinə yönəlmiş qətiyyətdir”, – o deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!