Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukrayna üzrə danışıqlar davam edir, qarşıda hələ uzun məsafə var…”. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. “Biz dəfələrlə demişik ki, baş verənlərə həddindən artıq həyəcanla yanaşmamalıyıq ki, bəs, ABŞ Prezidenti Donald Tramp avropalıları, Volodimir Zelenskini “yerinə otuzdurub” və onlardan icra etmələrini tələb edir… Əgər biz Ukraynada sülh istəyiriksə, bu, yaxşıdır, amma hələ orada deyilik”. Lakin danışıqların davam etdiyini vurğulayan Lavrov ikinci raundun Əbu-Dabidə keçirildiyini xatırladıb. Sitat: “Orda hələ çox məsafə var…”.
Amma Lavrov bu məsafənin uzunluğunu və ya vaxtını deməyib. Rusiya ordusu isə hər gün Ukrayna ərazilərini raket, top atəşşinə tutmaqda davam edir.
A.Məmmədli