Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 31-də Moskvada Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani ilə danışıqlar aparacaq.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“İkitərəfli gündəlikdəki aktual məsələlərin, beynəlxalq və regional problemlərin müzakirəsi planlaşdırılır”, – diplomat qeyd edib.
Daha əvvəl “Reuters” agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Əl-Şibani iyulun 31-də Rusiyaya gələcək. O, yeni hökumət hakimiyyətə gələndən sonra Moskvaya səfər edən ən yüksək rütbəli Suriya rəsmisi olacaq.
E.ŞİRİNOV