Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, “Crocus Group” şirkətinin təsisçisi iş adamı Araz Ağalarov 40 illik evliliyindən sonra İrina Ağalarovadan boşanıb və özündən 43 yaş kiçik-27 yaşlı Alena İvanova ilə gizlicə evlənib. Rusiya KİV-i məlumat yayıb ki, hətta onların bir uşağı da var. Sitat: “…İş adamının seçdiyi xanım haqqında az şey məlumdur: o, diqqətdən yayınmaq üçün gizli həyat tərzi sürür, Ağalarovun soyadını götürüb və sosial media hesablarını bağlayıb. Lakin yeni evlənənlərin birgə fotosu internetdə yayılıb”.
Bu evlilik xəbəri Azərbaycan mediasında maraqla qarşılanıb və ildırım sürəti ilə elektron və sosial mediada yayımlanmaqdadır. Lakin sən demə, bundan da maraqlı reytinqli evlilik varmış. Lerikdən olan oxucumuz R.Əliyev elektron poçtumuza yazıb ki, yaşadıqları kənddə X adlı kişinin 72 yaşı var və o, özündən 45 yaş kiçik xanımla evlidir: “…Xanım duldur, uşaqları olmadığından əvvəlki ərindən ayrılıb və qonşu kənddən bizim kəndə gəlin gəlib… Onların iki uşağı var, 1 oğlan və 1 qız!”.
Yəqinki bundan sonra Azərbaycanın elektron mediasında Araz Ağalarovu deyil, Lerikli X kişinin evliliyindən yazacaqlar…
SƏBUHİ
P.S.Jurnalistlərin narahat etməməsi üçün kişinin yaşadığı kəndin və özünün adının açıqlanmaması xahiş edildi…