Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Tezadlar.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
36 yaşlı polşalı futbolçunun sol budunda əzələ ağrıları yaranıb. Bu səbəbdən o, bazar günü “Komo” (İtaliya) ilə keçiriləcək “Joan Gamper” Kubokunun (“Barcelona” tərəfindən hər il təşkil olunan yoldaşlıq turniri) final oyununu buraxacaq.
Qeyd edək ki, “Barselona” La Liqada 2025/2026 mövsümünün ilk oyununda “Malyorka” ilə qarşılaşacaq.