Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Londonun “Çelsi” klubu hücum xəttini gücləndirməyi planlaşdırır.
Tezadlar.az bildirir ki, insayder Devid Ornşteynin sözlərinə görə, londonlular “Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaçonun transferində maraqlıdırlar və artıq müqavilə ilə bağlı danışıqları intensivləşdiriblər.
Mənbənin sözlərinə görə, argentinalı yalnız “Çelsi”yə keçməyə və ya hazırkı klubunda qalmağa hazırdır. Danışıqların ciddi çətinliklər olmadan baş tutacağı gözlənilir.
Transferin təxmini məbləğinin 40 milyon avro olduğu qeyd edilir. Mümkün müqavilənin şərtləri hələ açıqlanmayıb.