18 Avqust 2025 / 09:21

LPR sakini Trampın həyat yoldaşına cavab məktubu göndərib

On bir ildir Ukrayna Silahlı Qüvvələrinin (USQ) atəşi altında yaşayan luqansklı Faina Savenkova ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub yazıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məktubda qadın Donbassda uşaqların ölümündə Ukrayna prezidenti Vladimir Zelenskinin günahını qeyd edib. O, Melaniyadan bu faciəni dayandırmağı xahiş edib.

“Ancaq on bir ildir Ukrayna ordusunun atəşi altında yaşayan bir ana kimi sizə demək istəyirəm ki, müharibəni dayandırmaq, Donbass və Ukraynada uşaqları xilas etmək üçün ilk növbədə Vladimir Zelenski ilə əlaqə saxlamalısınız”, – Luqansk Xalq Respublikasının (LPR) sakini qeyd edib.

O, bundan əvvəl Tramp həyat yoldaşının Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubu dərc edib. Orada Melaniya Putini uşaqları qorumağa çağırıb. Onun sözlərinə görə, indi bunun vaxtıdır.

Xəbər verdiyimiz kimi, Alyaskadakı görüş zamanı Tramp həyat yoldaşının məktubunu şəxsən Putinə təqdim edib. Məktubda ABŞ-ın birinci xanımı uşaqları müharibədən qorumağı xahiş edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!