2 Fevral 2026 / 21:16

Luis Hamilton Kim Kardaşyanla münasibətdə

“Ferrari” pilotu Luis Hamilton amerikalı televiziya aparıcısı Kim Kardaşyanla münasibətdədir.

Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, ötən həftəsonu Kardaşyan yeddiqat “Formula – 1” çempionu ilə Kotsuoldakı lüks oteldə vaxt keçirmək üçün şəxsi təyyarə ilə Böyük Britaniyaya uçub.

Hamilton Londondan otelə helikopterlə gəlib.

Luis və Kim bir-birini 2014-cü ildən tanıyırlar. Hamilton Kardaşyanın keçmiş əri, reper Kanye Uest və Kimin ögey bacısı Kayli Cenner ilə dostluq edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!